Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home siyasət Üç boksçusumuz dünya birinciliyində qələbə QAZANDI
siyasət

Üç boksçusumuz dünya birinciliyində qələbə QAZANDI

24-10-2024 22:00 74 Views
IMG

Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.

"Tvit.az" xəbər verir ki, mundialın ikinci günündə 48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 finalda Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb – 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.

Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.