Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tvit.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.