Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi 2025-ci ildə təkrar istifadə edilə bilən FROG-H raketinin kiçik nümayişçisinin sınaqlarına başlamağı planlaşdırır.
Tvit.az xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb.
Nəşr qeyd edir ki, 2,5 metrlik FROG-T nümunəsi əvvəllər maksimum 30 metr hündürlüyə çataraq beş sınaq uçuşu həyata keçirib. Uzunluğu 3,6 metrə çatan FROG-H nümunəsinin ilk uçuşunu 2025-ci ilin əvvəlində etməsi planlaşdırılır. Məhsul Polşa istehsalı olan raket mühərriki alacaq.