Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Ukraynanın "qələbə planı" müzakirə edildi
dünya

Ukraynanın "qələbə planı" müzakirə edildi

18-10-2024 22:00 99 Views
IMG

Almaniya kansleri Olaf Şolz , Amerika prezidenti Co Bayden , Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron Berlində Ukrayna lideri Vladimir Zelenskinin qondarma “qələbə planını” müzakirə ediblər.

Tvit.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Almaniya hökumətinin qeyd etdiyi kimi, siyasətçilər Ukraynanın təhlükəsizliyinin daha da gücləndirilməsi, ona maliyyə və humanitar yardımların göstərilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı tədbirlərə toxunublar.

“Biz prezident Zelenskinin “qələbə planını” müzakirə etdik və Ukraynanı dəstəkləməyə davam etmək əzmində olduğumuzu bir daha təsdiqlədik”, - bəyanatda deyilib.

Aysel Şirinova