Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home TOURİSM 12 mindən çox turist Bakı metrosundan narazıdır
TOURİSM

12 mindən çox turist Bakı metrosundan narazıdır

14-01-2025 13:00 28 Views
IMG

Ötən ilin yanvar-noyabr ayları ərzində 12 min 558 nəfər əcnəbi Azərbaycanda metro xidmətini qənaətbəxş hesab etməyib.

Tvit.az-ın məlumatına görə, Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, metro ilə sərnişin daşıma xidmətini bəyənməyənlərin içərisində ən böyük yeri Rusiya tutub. Bu dövrdə Rusiyadan gələn 4 min 734 nəfər turist bu xidmətdən narazı qalıb.

Hindistandan gələn 1 490 nəfər, Türkiyədən isə 1 095 nəfər metro xidmətini qənaətbəxş hesab etməyib.

Qeyd edək ki, bəhs olunan dövrdə bütün xidmətləri qənaət-bəxş hesab edənlərin sayı 1 milyon 508 min 119 nəfər olub. Göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyənlərin sayı isə 200 min 803 nəfər olub.