Bakının Xəzər rayonu, Binə qəsəbəsində noyabrın 11-də yanıq xəsarəti alan kişi ölüb.
Tvit.az xəbər verir ki, həmin qəsəbənin sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.