Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home TOURİSM İşgüzar tədbirlər üçün dünyanın ən yaxşı yerləri və otelləri açıqlanıb
TOURİSM

İşgüzar tədbirlər üçün dünyanın ən yaxşı yerləri və otelləri açıqlanıb

22-05-2026 23:00 13 Views
IMG

Cvent platformasına görə, London 2026-cı ildə Avropada biznes tədbirləri üçün ən yaxşı məkan seçilib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ilk üçlük ötən ilki ilə oxşar olaraq qalıb: Barselona ikinci, Madrid isə üçüncü yerdədir. Lissabon bir pillə irəliləyərək dördüncü yerə yüksəlib. Paris də mövqeyini yaxşılaşdıraraq ilk beşliyə daxil olub.

 

Meliá Avenida América (Madrid), Hilton London Metropole və W Barcelona Avropada işgüzar görüşlər üçün ən yaxşı otellər arasında seçilib. EPIC SANA Maquês və Sheraton Lisboa Hotel & Spa (Lissabon) da ilk beşliyə daxil olub.

 

Təyinat yerləri və obyektlər qiymətləndirilərkən, tenderdə iştirak etmək üçün edilən ümumi müraciətlərin sayı, sifariş edilən gecələrin sayı və MICE bazarının böyük şəhərlərdəki payı kimi göstəricilər nəzərə alınıb.

 

Aysel Şirinova