Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
sosial

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

12-11-2026 17:00 7 Views
IMG

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 13-də güclü külək əsəcək.

 

Tvit.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

 

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.