Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home TOURİSM Azərbaycanda otellərdəki yerlərin 82%-i boş qalıb - RƏQƏMLƏR
TOURİSM

Azərbaycanda otellərdəki yerlərin 82%-i boş qalıb - RƏQƏMLƏR

13-05-2026 19:00 21 Views
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 18,1% olub. 

 

Tvit.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz bəndi azdır. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 19,3% idi. Məlumat üçün bildirək ki, ötən ilin birinci rübündə hotellərin doluluq səviyyəsi 2024-cü ilin eyni dövrünə nəzərən 1,5 faiz bəndi çox olmuşdu. 

 

Cari ilin birinci rübündə bu göstərici Qusarda 40,4%, Naftalanda 39,9%, Şabranda 34,3%, Sabirabadda 29,4%, Bakıda 26,9%, Salyanda 22%, Bərdədə 19,6%, Ağdamda 17,8%, Xankəndində 17,5%, Beyləqanda 17,2%, Lənkəranda 16,4%, Şamaxıda 15,8%, Qəbələdə 15%, digər şəhər və rayonlarda isə 15%-dən aşağı olub.

 

Ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi Qusarda 3,1 faiz bəndi, Naftalanda 8,7 faiz bəndi, 33,9 faiz bəndi, Bakıda 1,1 faiz bəndi, Ağdamda 1,4 faiz bəndi, Şamaxıda 0,6 faiz bəndi, Qəbələdə 9,5 faiz bəndi azalıb, Sabirabadda 2,2 faiz bəndi, Bərdədə 0,1 faiz bəndi, Beyləqanda 1,5 faiz bəndi, Lənkəranda 0,8 faiz bəndi artıb.

 

FED