Ötən ilin yanvar-noyabr ayları ərzində 12 min 558 nəfər əcnəbi Azərbaycanda metro xidmətini qənaətbəxş hesab etməyib.
Tvit.az-ın məlumatına görə, Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, metro ilə sərnişin daşıma xidmətini bəyənməyənlərin içərisində ən böyük yeri Rusiya tutub. Bu dövrdə Rusiyadan gələn 4 min 734 nəfər turist bu xidmətdən narazı qalıb.
Hindistandan gələn 1 490 nəfər, Türkiyədən isə 1 095 nəfər metro xidmətini qənaətbəxş hesab etməyib.
Qeyd edək ki, bəhs olunan dövrdə bütün xidmətləri qənaət-bəxş hesab edənlərin sayı 1 milyon 508 min 119 nəfər olub. Göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyənlərin sayı isə 200 min 803 nəfər olub.