Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Sabah”ın zədələnən futbolçusunun durumu açıqlanıb
sport

“Sabah”ın zədələnən futbolçusunun durumu açıqlanıb

27-11-2026 21:00 44 Views
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Barselona” ilə keçirilən oyunda zədələnən “Sabah”ın futbolçusu Akim Zedadkanın durumuna aydınlıq gəlib.

"Tvit.az" xəbər verir ki, klubdan Azərtac-ın sorğusuna cavab olaraq bildirilib ki, fransalı müdafiəçinin zədəsi ciddi deyil.

Onun noyabrın 28-də “Araz-Naxçıvan”la oyunu buraxmaq ehtimalı çoxdur. Amma ondan sonrakı matçlara hazır ola bilər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.