Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Misirə başsağlığı verib
siyasət

Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Misirə başsağlığı verib

26-11-2026 15:00 37 Views
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

 

"Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə, həmçinin Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.