BYD şirkətinin lüks Yangwang Altior sedanı 2026-cı il Quançjou Avtomobil Sərgisində nümayiş etdirilib. Model Rolls-Royce Ghost kimi lüks avtomobillərə rəqib olmağı hədəfləyir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, avtomobilin qiyməti 312 100 dollar təşkil edir. Uzunluğu 5 600 mm, təkər bazası isə 3 500 mm-dir.
Modelin ön radiator barmaqlığı 51 üzlü, əl ilə cilalanmış 137 qiymətli daşla bəzədilib. Avtomobilin ön hissəsində 24 karatlıq qızıl emblem də yer alır.
Aysel Şirinova