Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Samsung telefonlarına ağıllı şarj xatırlatması funksiyası gəlir
OTHER

Samsung telefonlarına ağıllı şarj xatırlatması funksiyası gəlir

27-11-2026 23:00 41 Views
IMG

Samsung-un One UI 9.5 yeniləməsinə istifadəçilərə adi şarj vaxtlarını xatırladan yeni funksiya əlavə ediləcək.

 

Tvit.az xəbər verir ki, android Authority-nin məlumatına görə, funksiya son dörd həftənin şarj tarixçəsini təhlil edərək istifadəçinin telefonunu nə vaxt enerji yığmağa qoşduğunu müəyyənləşdirəcək. Batareyanın səviyyəsi 20-30%-ə düşdükdə və cihaz şarjda olmadıqda xatırlatma bildirişi göndəriləcək.

 

Funksiya həmçinin təqvimlə əlaqələndirilərək görüş, məşq və digər tədbirlərdən əvvəl batareyanın az olması barədə xəbərdarlıq edəcək. 

 

Aysel Şirinova