Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran raket potensialını bərpa etmək üçün Şimali Koreyadan kömək istəyib
dünya

İran raket potensialını bərpa etmək üçün Şimali Koreyadan kömək istəyib

25-11-2026 17:00 12 Baxış
IMG

Şimali Koreyanın İranın yeraltı 
raket şəhərlərində yerləşdirilən raket buraxıcı qurğularının hazırlanmasına kömək etdiyi açıqlanıb. 


Tvit.az xəbər verir ki, bu barədə “Erem News” nəşri məlumat yayıb.


Məlumata görə, İran hücum imkanlarını bərpa etmək və möhkəmləndirilmiş yeraltı raket bazalarının potensialını artırmaq məqsədilə Şimali Koreyanın təcrübəsindən yararlanır.


Şimali Koreya mütəxəssisləri iranlı texniki heyətlə əməkdaşlıq edərək raket buraxıcı qurğularının hazırlanması üçün müəyyən modifikasiyaların işlənib hazırlanmasında iştirak ediblər.


Nəşr qeyd edir ki, İran raket proqramının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə hələ tam nail ola bilməyib. Buna əsas səbəb qabaqcıl raket buraxılış platformalarının istehsalında yaranan çətinliklərdir.


Elmin Alışov