Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pentaqon Ukraynaya “Patriot” raketlərinin tədarükünü gecikdirir
dünya

Pentaqon Ukraynaya “Patriot” raketlərinin tədarükünü gecikdirir

24-11-2026 11:00 32 Views
IMG

Pentaqon Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 60-a yaxın tutucu raketin tədarükünü gecikdirir.

 

Tvit.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Kiyevin Qərb müttəfiqlərinin vəsaiti hesabına alınan PAC-3 və PAC-2 raketlərinin tədarükü ABŞ-nin müdafiə naziri Pit Heqset səbəbindən gecikir.

 

“Patriot” sistemləri üçün raketlər ABŞ-də istehsal olunduğundan onların ixracı və təkrar ixracı ilə bağlı bütün razılaşmalar ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməlidir. Bu tələb Avropa ölkələrinin ehtiyatlarından Ukraynaya raketlərin verilməsinə də şamil olunur.

Mənbələrin məlumatına görə, sentyabrda 8, oktyabr və noyabr aylarında 10, dekabrda isə 12 ədəd PAC-3 raketinin Ukraynaya tədarükü planlaşdırılıb.

Lakin indiyədək bu raket partiyalarının heç birinin tədarükünə icazə verilməyib.

 

Aysel Şirinova