Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ermənistanın yeni Konstitusiyasında Aİ-yə üzvlüklə bağlı müddəa yoxdur – Alen Simonyan
dünya

Ermənistanın yeni Konstitusiyasında Aİ-yə üzvlüklə bağlı müddəa yoxdur – Alen Simonyan

24-11-2026 11:00 9 Views
IMG

Ermənistanın yeni Konstitusiya layihəsində Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İctimai Televiziyanın efirində bildirib.

 

Simonyan Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müddəanın yeni Konstitusiya layihəsinə daxil edilməsinin müzakirə olunduğuna dair Armen Qriqoryanın iddiasına münasibət bildirib.

 

“Konstitusiya dəyişikliklərində belə bir müddəa yoxdur. Hesab edirəm ki, bunun təsbit edilməsinə ehtiyac da yoxdur. Konstitusiya islahatlarının məqsədi bundan ibarət deyil. Yanılmıramsa, bəzi siyasi qüvvələr tərəfindən belə bir təklif irəli sürülüb, lakin layihədə bu nəzərdə tutulmayıb”, – deyə Simonyan qeyd edib.