Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İrana qarşı sanksiyaları genişləndirib
dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

23-11-2026 22:00 39 Views
IMG

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli onlarla fiziki şəxs və təşkilatı sanksiya siyahısına daxil edib.

 

Tvit.az xəbər verir ki, Qurumun məlumatına görə, İslam Respublikasının qlobal miqyasda fəaliyyət göstərən gizli bank şəbəkələrini zəiflətməyə yönəlmiş əməliyyat çərçivəsində tətbiq edilən məhdudiyyətlər Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Honkonqda yerləşən şirkətlərə də şamil olunub.

Sanksiyalar həmin şəxslərin və təşkilatların ABŞ yurisdiksiyasında olan aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinin onlarla əməliyyat aparmasının qadağan edilməsini nəzərdə tutur. 

 

Aysel