Avropa Komissiyası noyabrın 23-də Rusiyaya qarşı 22-ci sanksiya paketinin layihəsini təqdim edib.
Təklifə əsasən, Rusiya komandaları və idmançılarının Avropa İttifaqı ərazisində keçirilən yarışlarda Rusiya bayrağı altında və dövlət adından çıxış etməsinə qadağa qoyulması nəzərdə tutulur. Həmçinin idman tədbirlərində Rusiyanın rəsmi simvollarının nümayişi qadağan edilə bilər.
Bundan başqa, Rusiya sponsorlarından Avropanın idman və mədəniyyət təşkilatlarına maliyyə vəsaitlərinin daxil olmasının məhdudlaşdırılması təklif edilir.
Layihədə Rusiya vətəndaşlarının Avropa idman federasiyalarında rəhbər vəzifələr tutmasına qadağa qoyulması da yer alıb.