Cənubi Koreya ordusu Şimali Koreyanın Şərq dənizinə çoxsaylı raket atdığını açıqladı.
Tvit.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Missiya Rəisləri Komitəsi məlumat yayıb.
Bəyanatda Şimali Koreyanın eyni vaxtda müxtəlif növ raketlər atıb-atmadığını müəyyən etmək üçün araşdırma aparıldığı və bura raketlərin xüsusiyyətlərinin və hara düşdüyünün müəyyən edilməsinin də daxil olduğu bildirilir.
Elmin Alışov