Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İsmayıllıda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürdü
turizm

İsmayıllıda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürdü

04-11-2026 10:00 14 Views
IMG

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın məlumatına görə, hadisə noyabrın 3-də saat 19 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, İlqar Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.