Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
sosial

Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir

04-11-2026 10:00 16 Views
IMG

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.


İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

 

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.


İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.