Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Arda Güler az oyun sayına rəğmən La Liqada birincidir
sport

Arda Güler az oyun sayına rəğmən La Liqada birincidir

03-11-2026 15:00 21 Views
IMG

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler İspaniya çempionatında komanda yoldaşları üçün yaratdığı qol fürsətlərinin sayına görə bütün rəqiblərini qabaqlayır.

 

Tvit.az xəbər verir ki, "StatMuse" statistik platformasının məlumatına əsasən, 2026/27 mövsümünün ilk 11 turunda 39 qol fürsəti yaradan yarımmüdafiəçi bu göstəricidə birinci yerdədir.

 

Türkiyə millisinin üzvü bu nəticəyə cəmi 654 dəqiqə meydanda qalmaqla nail olub. O, 11 qarşılaşmanın doqquzunda start heyətində yer alıb. "Real Madrid"in digər aparıcı futbolçuları Cud Bellinqem və Kilian Mbappe isə hərəyə 19 qol fürsəti yaradıblar.

 

Siyahıda ikinci pillədə "Rasinq"in futbolçusu İniqo Visente qərarlaşıb. İspaniyalı 891 dəqiqədə 32 qol fürsəti yaradıb. "Barselona"nın üzvü Lamin Yamal 901 dəqiqədə 30, "Atletiko"nun yarımmüdafiəçisi Aleks Baena isə 691 dəqiqədə 26 belə imkan hazırlayıb. Beləliklə, Gülər Visentedən 237, Yamaldan isə 247 dəqiqə az oynasa da, hər ikisini qabaqlayıb. O, ən yaxın izləyicisini yeddi, Yamalı isə doqquz qol fürsəti geridə qoyub.


Qeyd edək ki, Arda Güler cari mövsüm La Liqada keçirdiyi 11 oyunda iki qol vurub və üç məhsuldar ötürmə edib.