Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətər və Aİ regional təhlükəsizlik məsələlərini müzakirə edib
dünya

Qətər və Aİ regional təhlükəsizlik məsələlərini müzakirə edib

03-11-2026 22:00 15 Views
IMG

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.

 

Tvit.az-ın Qətər Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbərinə görə, tərəflər ikitərəfli münasibətlərin inkişafı, regionda baş verən son hadisələr və gərginliyin azaldılması istiqamətində diplomatik səyləri müzakirə ediblər.

 

Al Tani dəniz gəmiçiliyinin azadlığının təmin edilməsinə və Yaxın Şərqdə davamlı sülhə nail olunmasını nəzərdə tutan hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş təşəbbüslərə Qətərin dəstəyini ifadə edib.

Qeyd edək ki, Qətər hazırda ABŞ və İran arasında danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir.

 

Aysel Şirinova