Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstan Aİ-yə açıq debat təklif etdi
dünya

Gürcüstan Aİ-yə açıq debat təklif etdi

03-11-2026 21:00 15 Views
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasına Tbilisi ilə Brüssel arasında fikir ayrılığına səbəb olan məsələlərin açıq müzakirəsini təklif edib.

 

Tvit.az xəbər verir ki, o, bu barədə Brüsseldə Euronews-un təşkilatçılığı ilə keçirilən Avropa İttifaqının genişlənməsi üzrə sammitdə çıxış edərkən bildirib.

 

Kobaxidze müzakirələrin demokratiya, qanunun aliliyi, iqtisadiyyat və Gürcüstanda qəbul edilən şəffaflıq qanununu əhatə etməsini təklif edib.

 

Baş nazirin sözlərinə görə, danışıqlar qapalı qapılar arxasında deyil, ictimaiyyətin iştirakı ilə aparılmalıdır ki, cəmiyyət müzakirə olunan məsələlər barədə məlumatlı olsun.

 

O, Gürcüstanın suverenliyinin qorunması istiqamətində atdığı addımların düzgünlüyünə əminliyini də vurğulayıb.