Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Tvit.az xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birinin ərazisində qeydə alınıb.
İlkin məlumata görə, mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 2008-ci il təvəllüdlü Fuad Cəfərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.