Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Özbəkistandan Rusiyanın iki şəhərinə yeni aviareyslər açılır
dünya

Özbəkistandan Rusiyanın iki şəhərinə yeni aviareyslər açılır

03-11-2026 20:00 17 Views
IMG

Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın Çelyabinsk və Tümen şəhərlərinə yeni aviareyslər istifadəyə veriləcək.

 

Tvit.az xəbər verir ki, uçuşları Özbəkistanın Centrum Air aviaşirkəti həyata keçirəcək.

Məlumata görə, Daşkənd–Çelyabinsk–Daşkənd marşrutu üzrə uçuşlara 4 dekabr 2026-cı ildən başlanılacaq. Reyslər həftədə iki dəfə yerinə yetiriləcək.

Daşkənd–Tümen–Daşkənd marşrutu üzrə uçuşlar isə 3 yanvar 2027-ci ildən etibarən həftədə bir dəfə həyata keçiriləcək.