Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pezeşkian və Paşinyan əməkdaşlıq məsələlərini müzakirə edib
dünya

Pezeşkian və Paşinyan əməkdaşlıq məsələlərini müzakirə edib

16-10-2026 14:00 16 Views
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian İrəvanda keçirilən Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Görüşdə iki ölkə arasındakı əməkdaşlıq və İran-Ermənistan münasibətlərinin ümumi vəziyyəti müzakirə olunub.


Müzakirələrin təfərrüatlarının İran Prezident Aparatının rəsmi kommunikasiya kanalları vasitəsilə açıqlanacağı bildirilib.


Elmin Alışov