Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
sosial

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

07-10-2026 12:00 11 Views
IMG

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10-11 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

 

Bu barədə Tvit.az-a ADY-dən məlumat verilib.

 

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

 

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.