Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bolqarıstan Qara dənizdə gəmilərə hücumla bağlı NATO-ya müraciət etməyəcək
dünya

Bolqarıstan Qara dənizdə gəmilərə hücumla bağlı NATO-ya müraciət etməyəcək

06-10-2026 21:00 10 Views
IMG

 Bolqarıstan Qara dənizdə gəmilərə pilotsuz uçuş aparatları ilə hücumla əlaqədar NATO Müqaviləsinin 4-cü və 5-ci maddələrinin işə salınması üçün hələlik əsasların olmadığını hesab edir.

 

Tvit.az-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Radev bildirib.

 

Onun sözlərinə görə, hücum xüsusi statusa malik ərazidə baş verdiyindən hazırda NATO-nun müvafiq maddələrinin tətbiqinə ehtiyac yoxdur. O qeyd edib ki, ərazi Bolqarıstanın iqtisadi zonası olsa da, sular neytral hesab olunur.

 

Radev hadisəni “son dərəcə narahatedici” adlandırıb, lakin pilotsuz uçuş aparatlarının dəqiq mənsubiyyətinin hələ məlum olmadığını bildirib.

 

Gəmilərə hücum kompleks xarakter daşıyıb. Belə ki, eyni vaxtda həm dəniz, həm də hava dronundan istifadə olunub. Hadisə Bolqarıstan sahillərindən təxminən 130 kilometr məsafədə baş verib.

Qeyd edək ki, bu gün Radevin hücumla əlaqədar təcili müşavirə çağırdığı məlum olub. Bu, Bolqarıstanın müstəsna iqtisadi zonasında baş verən ilk belə insidentdir.