İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı təklif qeydə alınıb. Lakin sənəd hələ parlamentin rəyasət heyətinə təqdim edilməyib və iclasın gündəliyinə daxil edilməyib.
Bu barədə oktyabrın 6-da “Tasnim” agentliyi Telegram kanalında məlumat yayıb.
“Xarici işlər naziri cənab Əraqçinin impiçmenti ilə bağlı müraciət sistemdə qeydə alınıb, lakin hələ rəyasət heyətinə təqdim edilməyib”, – nəşrin məlumatında bildirilib.
Parlamentin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi bildirib ki, müraciət parlament sistemində qeydə alınıb, lakin həmin gün rəyasət heyətinə təqdim edilməyib.
Rəyasət heyətinin digər üzvü Höccətül-İslam Əlirza Səlimi isə qeyd edib ki, müraciətin qeydə alınması hələ onun deputatlar tərəfindən müzakirə ediləcəyi anlamına gəlmir.