Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin köməkçisi Rayli Barns ilə Ermənistan və ABŞ arasında əməkdaşlığı, həmçinin regiondakı vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.
Həmçinin Mirzoyan və Barns regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılacaq növbəti addımları müzakirə edib, humanitar məsələlərə də toxunublar.
Aysel