Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ermənistan və ABŞ strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
dünya

Ermənistan və ABŞ strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

01-10-2026 22:00 31 Baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin köməkçisi Rayli Barns ilə Ermənistan və ABŞ arasında əməkdaşlığı, həmçinin regiondakı vəziyyəti müzakirə edib.

 

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Həmçinin Mirzoyan və Barns regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılacaq növbəti addımları müzakirə edib, humanitar məsələlərə də toxunublar.

 

Aysel