Qazaxıstan və İsrail arasında dinlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın İsraildəki səfirliyinin dəstəyi ilə “Dinlərarası əməkdaşlıq: dialoqdan əməli fəaliyyətə” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Tədbir çərçivəsində iştirakçılar dinlərarası dialoqun inkişafı, təhsil, humanitar layihələr, ekologiya və süni intellektdən etik prinsiplərə uyğun istifadə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşün yekununda tərəflər birgə təşəbbüslərin genişləndirilməsində və müvafiq sahələr üzrə fəaliyyət göstərən təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.