Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Apple Face ID ilə bağlı patent iddiası ilə üzləşib
OTHER

Apple Face ID ilə bağlı patent iddiası ilə üzləşib

08-09-2026 23:00 9 Views
IMG

Almaniyanın BASF şirkətinin törəməsi olan trinamiX Apple-ı iPhone və iPad Pro modellərində istifadə olunan Face ID texnologiyası ilə bağlı 7 patenti pozmaqda ittiham edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət ABŞ-ın Texas ştatında məhkəməyə müraciət edərək təzminat və patentləri pozduğu iddia edilən məhsulların satışının və idxalının dayandırılmasını tələb edib.

 

İddia Face ID sistemində insan dərisini müəyyən edən texnologiya ilə bağlıdır. trinamiX bildirir ki, bu sistem 3D məlumatlardan istifadə etməklə real insan üzünü fotoşəkil və maska kimi saxta təsdiqləmə vasitələrindən ayırmağa imkan verir.

 

Patent pozuntusunda iPhone 15, 16 və 17 seriyaları, iPhone Air, həmçinin müxtəlif iPad Pro modelləri və M4, M5 çipləri ilə təchiz olunan cihazların adı çəkilir.

 

Aysel Şirinova