Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Prabovo Subianto ilə görüşüb.
Tvit.az bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
Görüş Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub. Putin danışıqlar zamanı qeyd edib ki, İndoneziya Rusiyanın Cənub-Şərqi Asiyadakı əsas tərəfdaşlarından biridir.
Elmin Alışov