İranın baş danışıqçısı və parlament spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ı “regional təhlükəsizliyin mənbəyi” adlandırıb.
Tvit.az xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, Qalibaf bu barədə HƏMAS-ın kommunikasiya rəhbəri ilə görüşündə danışıb.
Qalibaf həmçinin ABŞ-ı iyun ayında imzalanmış Anlaşma Memorandumunun şərtlərini yerinə yetirməyə və bununla da üzərinə götürdüyü öhdəlikləri icra etməyə çağırıb.
İran parlamentinin spikeri ölkəsinin danışıqları rədd etmədiyini də bildirib.
Aysel Şirinova