Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Mançester Yunayted" Bruno Fernandeşlə bağlı QƏRARINI VERDİ
sport

"Mançester Yunayted" Bruno Fernandeşlə bağlı QƏRARINI VERDİ

02-09-2026 16:00 20 Views
IMG

"Mançester Yunayted" komandanın kapitanı Bruno Fernandeşlə müqavilənin müddətini uzatmağa çalışır.

 

Tvit.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

Bildirilib ki, "qırmızı şeytanlar" 31 yaşlı portuqaliyalı yarımmüdafiəçiyə 2029-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə təklif ediblər.

 

Fernandeşin hazırkı sözləşməsinin müddəti 2027-ci il iyunun 30-da başa çatır. Müqavilədə onun müddətini daha bir il uzatmaq imkanı da var.

 

Bruno Fernandeşə Türkiyənin "Qalatasaray" klubu da maraq göstərib. İstanbul təmsilçisinin "Mançester Yunayted"ə 35 milyon avro və əlavə olaraq 15 milyon avro bonus təklif etdiyi bildirilirdi.

 

Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"də çıxış edir. Portuqaliyalı futbolçu bu müddətdə klubun heyətində 329 matçda 110 qol vurub və 109 məhsuldar ötürmə edib. O, İngiltərə təmsilçisi ilə iki titul qazanıb.