Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı ixrac olunacaq
sosial

Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı ixrac olunacaq

02-09-2026 15:00 19 Views
IMG

Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

 

Tvit.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

 

İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

 

Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 334 ton taxta göndərilib.