Bu gün səhər saatlarında Ərdəbil əyalətinin şimal bölgələrində 4 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb və Ərdəbil əyalətinin şimalı da daxil olmaqla, İranın şimal-qərbindəki bəzi ərazilərdə hiss olunub.
Təbiət hadisəsi nəticəsində mümkün dağıntı və insan itkisi barədə hələlik məlumat verilməyib.
Elmin Alışov