Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Paytaxtın bir sıra ərazilərində İŞIQ OLMAYACAQ
sosial

Paytaxtın bir sıra ərazilərində İŞIQ OLMAYACAQ

02-09-2026 08:00 18 Views
IMG

Bu gün paytaxtın bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Nərimanov RETSİ-yə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində də saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.