Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya HƏMAS: İsrailin Qəzzaya hücumları davam edən müharibənin göstəricisidir
dünya

HƏMAS: İsrailin Qəzzaya hücumları davam edən müharibənin göstəricisidir

01-09-2026 19:00 11 Views
IMG

HƏMAS İsrailin Qəzzaya son hücumlarını pisləyib. Qrupun məlumatına görə, hücumlar nəticəsində azı 5 nəfər ölüb, çox sayda insan yaralanıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS İsrail hökumətini “sistematik eskalasiya” siyasəti yürütməkdə və atəşkəs razılaşması üzrə öhdəliklərindən imtina etməkdə ittiham edib.

 

Qrupun bəyanatında hücumların artıq ayrı-ayrı insidentlər deyil, davam edən hərbi əməliyyatların tərkib hissəsi olduğu bildirilib.

 

HƏMAS atəşkəs razılaşmasının vasitəçilərini və zəmanətçilərini İsrailə təzyiq göstərməyə və sazişin şərtlərinə əməl olunmasını təmin etməyə çağırıb.

 

Qrup həmçinin İsrailin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq səviyyədə, o cümlədən BMT çərçivəsində tədbirlərin görülməsini tələb edib.

 

Aysel Şirinova