Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER BYD 6 ayda 10 min sürətli şarj stansiyasına çatıb
OTHER

BYD 6 ayda 10 min sürətli şarj stansiyasına çatıb

31-08-2026 23:00 10 Views
IMG

Çinin avtomobil istehsalçısı BYD-nin sürətli şarj şəbəkəsindəki stansiyaların sayı 10 minə çatıb. Şəbəkə hazırda Çinin 325 şəhərini əhatə edir.

 

Tvit.az xəbər verir ki, şirkətin məlumatına görə, bu göstəriciyə yeni nəsil sürətli şarj texnologiyasının martın 5-də təqdim edilməsindən sonra altı aydan az müddətdə nail olunub. Bu dövrdə gündə orta hesabla 55 yeni stansiya istifadəyə verilib.

 

Məlumatlar Shenzhen şəhərində şəbəkənin 10 mininci stansiyası olan Longhua Sürətli Şarj Flaqman Stansiyasının açılış mərasimində açıqlanıb. Şəbəkənin ümumi elektrik enerjisi istehlakı 210 milyon kilovat-saata çatıb.

 

BYD bildirib ki, sürətli şarj şəbəkəsində 1,83 milyondan çox qeydiyyatdan keçmiş istifadəçi var. Onların təxminən 33 faizi BYD markalı olmayan avtomobillərdən istifadə edir.

 

Şirkət 2026-cı ilin sonuna qədər Çində ümumilikdə 20 min sürətli şarj stansiyası qurmağı planlaşdırır. Hazırkı 10 min stansiya bu hədəfin yarısının artıq tamamlandığını göstərir.

 

BYD-nin planlarına əsasən, şirkət xarici bazarlarda da 6 min sürətli şarj stansiyası quracaq. Onlardan 3 mininin Avropada yerləşdirilməsi nəzərdə tutulur.

 

Aysel Şirinova