Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ İranla razılaşmadan çox ara seçkilərə fokuslanır
dünya

ABŞ İranla razılaşmadan çox ara seçkilərə fokuslanır

31-08-2026 22:00 13 Views
IMG

Tehran Universitetinin tədqiqatçısı Məhəmməd Eslaminin sözlərinə görə, ABŞ administrasiyası İranla sülh razılaşmasına nail olmaq əvəzinə, noyabrda keçiriləcək ara seçkilərə fokuslanır.

 

Tvit.az xəbər verir ki, Eslami “Əl-Cəzirə”yə bildirib ki, Vaşinqtonun Hörmüz boğazı məsələsində İranla “hesablanmış” qarşıdurma aparmağa çalışdığı görünür. Onun sözlərinə görə, son hücumlar bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər.

 

Tədqiqatçı qeyd edib ki, İran və Oman ABŞ-ın təqdim etdiyi məlumatlar əsasında Hörmüz boğazı ilə bağlı müəyyən çərçivə üzərində razılığa gəlsələr də, ABŞ hazırda diplomatik razılaşmaya ehtiyac duymadığını düşünür.

 

Eslaminin iddiasına görə, Vaşinqton noyabrda keçiriləcək ara seçkilərə qədər gözləmək və İrana qarşı iqtisadi təzyiqi davam etdirmək niyyətindədir.

 

Aysel Şirinova