Bu gün İran prezidenti Məsud Pezeşkian Qırğızıstana səfəri çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə bir araya gəlib.
Tvit.az bu barədə “İSNA” agentliyinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər İran-Hindistan ikitərəfli münasibətlərindəki son prosesləri müzakirə ediblər.
Pezeşkian və Modi qarşılıqlı maraq doğuran sahələrdə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Elmin Alışov