Azərbaycan Respublikasının Prezident İlham ƏliyevŞimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.
Tvit.az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".