Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Neftçi"nin yeni transferi Şotlandiyadan gəlir
sport

"Neftçi"nin yeni transferi Şotlandiyadan gəlir

31-08-2026 10:00 15 Views
IMG

"Neftçi"nin Şotlandiyanın "Dandi Yunayted" klubunda çıxış edən Vitsko Şeveli transfer etmək üzrə olduğu iddia edilir.

 

Tvit.az xəbər verir ki, bu barədə "The Courier" məlumat yayıb.

 

Bildirilir ki, 25 yaşlı xorvat futbolçu "Dandi Yunayted"in "Kilmarnok"la şənbə günü keçirilən görüşündə iştirak etməyib. Şevel transferi ilə bağlı razılıq əldə olunduqdan sonra tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə etmək üçün Azərbaycana yollanıb.

 

Tərəflər arasında transfer məbləği ilə bağlı razılığın əldə edildiyi qeyd olunur.

 

Vitsko Şevel dayaq yarımmüdafiəçisi olsa da, müdafiənin bir neçə mövqeyində oynaya bilən universal futbolçudur. O, 2024-cü ildən "Dandi Yunayted"in formasını geyinir.