Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin və Ərdoğan bu məsələləri müzakirə edəcəklər
dünya

Putin və Ərdoğan bu məsələləri müzakirə edəcəklər

28-08-2026 20:00 16 Views
IMG

 Rusiya Federasiyası Prezidenti Vladimir Putin və  Türkiyə prezidentləri Tayyib Ərdoğan 1 sentyabrda keçiriləcək görüşdə Ukrayna razılaşması məsələsini müzakirə edəcəklər.

 

Tvit.az xəbər verir ki, bu barədə, Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

 

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar planlaşdırılır. Müzakirə üçün bir çox mövzu da var. Qara dəniz hövzəsindəki vəziyyət də daxil olmaqla, ümumilikdə, Ukrayna mövzusu müzakirə olunacaq. Əlbəttə ki, ticarət və iqtisadi sahədə ikitərəfli tərəfdaşlıq məsələləri də var”, – deyə o bildirib.

 

Aysel Şirinova