Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopun məhkəməsi açıq keçiriləcək.
Tvit.az TASS-a istinadən xəbər verir ki, birinci instansiya məhkəməsi vəzifəsindən azad edilmiş keçmiş yepiskop və Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Gevorq Saroyanın məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatətini rədd edib.
Hakim Serj Ruşanyan tərəflərin mövqelərini dinlədikdən sonra məhkəmə iclasının qapalı keçirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.
"Məhkəmə vəsatəti rədd etmək qərarına gəldi", – deyə hakim bildirib.
Saroyan isə açıqlamasında özünə və yaxınlarına qarşı koordinasiyalı və təşkil olunmuş media kampaniyası aparıldığını, həmçinin ölümlə hədələndiyini bildirib.
Müdafiə tərəfinin vəkilləri isə Saroyanın aldığı təhdidlərlə bağlı açıqlamaları ilə məhkəmə iclasının qapalı keçirilməsi arasında məntiqi əlaqə görmədiklərini qeyd ediblər.
Aysel Şirinova