Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran XİN ABŞ-ın yeni sanksiyalarını “iqtisadi terrorizm” adlandırıb
dünya

İran XİN ABŞ-ın yeni sanksiyalarını “iqtisadi terrorizm” adlandırıb

28-08-2026 17:00 23 Views
IMG

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlı yazılı bəyanat yayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, İran Vaşinqtonun iqtisadi sanksiyalarını, onların adından və əhatə dairəsindən asılı olmayaraq, “qanunsuz və ədalətsiz” adlandırıb. Bəyanatda bildirilir ki, bu tədbirlər BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına ziddir.

 

İran XİN digər ölkələri ABŞ-ın birtərəfli sanksiyalarına qoşulmamağa çağırıb. Nazirliyin mövqeyinə görə, dövlətlər bu sanksiyalardan irəli gələn nəticələri tanımaqdan və ya onları legitimləşdirməkdən də çəkinməlidir.

 

Bəyanatda ABŞ-ın yeni sanksiyaları “iqtisadi terrorizm” kimi qiymətləndirilib və onların digər ölkələrə tətbiq edilməsinin Vaşinqtonun iradəsini həmin dövlətlərə qəbul etdirməsinə xidmət etdiyi vurğulanıb.

 

Aysel Şirinova